Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib – SƏRƏNCAM

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

Regioninfo-nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Paylaş:
Yuxarı