Cəlilabad sakinlərindən “Kalaşnikov” avtomatı və 2 ədəd ov silahı təhvil götürülüb

Cəlilabad sakinlərindən “Kalaşnikov” avtomatı və 2 ədəd ov silahı təhvil götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü şəkildə təhvil verilməsi təmin edilib. Həmin tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən rayon sakinlərindən 1 ədəd “AKS-74U” markalı avtomat, həmin silaha aid 1 ədəd patron darağı, 30 ədəd patron və 2 ədəd ov tüfəngi təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Paylaş:
Yuxarı