“Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı layihəsinin təlimləri davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı layihəsinin təlimləri davam edir.
Təlimlər Biləsuvar rayonu V. Rüstəmov adına Ağayrı kənd tam orta məktəbində keçirilib. Belə ki, 3-cü təlimdə icra planına uyğun olaraq 25 oğlan üçün ayrı və 25 qız üçün ayrılıqda olmaqla, 50 şagirdə keçirilib. Həmçinin şagirdlər tərəfindən nağıl terapiyası icra olunub.
Layihə boyunca ümumi olaraq 12 təlim keçiriləcək. Daha sonra layihənin bağlanış mərasimi baş tutacaq və həmin şagirdlərə sertifikat təqdim olunacaq.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd məktəbdə 5-8-ci sinif şagirdlərində yeniyetməlik dövründə psixoloji, cinsi, emosional, intellektual, mədəni və mənəvi həyatlarının inkişafı zamanı yarana biləcək dəyişiklikləri, bu dəyişikliklərin hansı problemlərə səbəb ola biləcəyini göstərmək və həll yollarının tətbiq edilməsini nümayiş etdirməkdir.
Paylaş:
Yuxarı