Şuşada avtomobil aşaraq yanıb, 5 nəfər ölüb

Şuşa rayonunun Daşaltı kəndində avtomobil aşaraq yanıb, 5 nəfər ölüb.

Bu barədə regioninfo-ya Daxili İşlər Nazirliyinin Bərdə Regional qrupundan məlumat verilib.

Bildirilib ki, noyabrın 4-də Elvin Abbasovun idarə etdiyi “Nissan Navara” markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib.

Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Qəza ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərindən birinin əməkdaşlarıdır.

İstintaq davam etdirilir.

Paylaş:
Yuxarı