Masallıda “Narkomaniya bəşəriyyətin bəlasıdır!” mövzusunda məktəblilərlə görüş keçirilib

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Xıl kənd tam orta məktəbində “Narkomaniya bəşəriyyətin bəlasıdır!” mövzusunda məktəblilərlə görüş keçirilib.

Regioninfo xəbər verir ki, çıxış edən Masallı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elvin Əzimov bildirib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Çıxışlarda dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükəsindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışılıb.

Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək baxımından bu cür görüşlərin, maarifləndirici tədbirlərin xüsusi əhəmiyyəti var.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Yuxarı