Biləsuvarda yol qəzası olub, biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb

Biləsuvar rayonunda yol qəzası baş verib.

Regioninfo-nun məlumatına görə, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb. Belə ki, “Jiquli” markalı minik avtomobilinin “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Bunlar minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Mirsəid Cəfərov və sərnişini, 2017-ci il təvəllüdlü Yusif Mustafayevdir. Onlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı