Şirvan-Salyan Regional Təhsil İdarəsində fənn olimpiadasının finalında iştirak edəcək şagirdlərlə görüş keçirilib

Şirvan-Salyan Regional Təhsil İdarəsində Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanmış şagirdlərlə görüş keçirilib.

Regioninfo xəbər verir ki, görüşdə idarənin müdiri Sənan Mənsimli, əməkdaşlar, şagirdləri nailiyyət əldə etmiş məktəblərin direktorları, müəllimlər, valideynlər, “Olimpiada Hazırlıq Mərkəzləri”-nin rəhbərləri iştirak ediblər.

Görüş zamanı final mərhələsinə hazırlıq prosesi, qarşıda duran hədəflər müzakirə edilib.

İdarə müdiri S. Mənsimli şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə 60 şagird respublika fənn olimpiadalarının finalında iştirak etmək hüququ qazanıb.

Paylaş:
Yuxarı