Lerikdə “Təbəssüm” istirahət mərkəzində yanğın olub

Lerikdə yanğın hadisəsi baş verib.

Regioninfo-nun verdiyi məlumata görə yanğın hadisəsi gecə saat 3 radələrində Lənkəran – Lerik magistralında yerləşən “Təbəssüm” istirahət mərkəzində qeydə alınıb. Yanğın zamanı ümumi sahəsi 410 kv olmaqla 5 kotec yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin(FHN) Lerik rayonundan 2 Lənkərandan isə 1 texnika və canlı qüvvə cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın səhər saatlarında lokallaşdırılıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.

Paylaş:
Yuxarı