Biləsuvarda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib

Biləsuvarda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib.

 

Regioninfo xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına şəhər 1 nömrəli tam orta məktəbdə “Narkomaniyasız gələcək!” mövzusunda keçirilən maarifləndirici görüşdə tədbir iştirakçıları əvvəlcə narkotik vasitələrin cəmiyyətə və insan orqanizminə vurduğu zərərli təsirləri əks etdirən videoçarxı izləyiblər. Çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın insan sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə, cəmiyyətin rifahına vurduğu zərərlərdən bəhs edib.

Sonra çıxış edənlər erkən nikahların fəsadları barədə məktəblilərə məlumat veriblər, onları zərərli vərdişlərdən uzaq olmağa, təhsilə və sağlam həyat tərzinə daha həvəslə yanaşmağa çağırıblar.

Paylaş:
Yuxarı