Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib – SƏRƏNCAM

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Regioninfo-nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Davamı...

Cəlilabadda “Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!” adlı tədbir keçirilib

Narkotik vasitələrdən istifadə şəxsiyyətin deqradasiyasına səbəb olur, müxtəlif cinayətlərin törədilməsinə təkan verir, genefondun pisləşməsi və bir çox digər ağır fəsadlarla nəticələnir. Bu səbəbdən də narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdəndir. Bu fikirlər Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Məmmədrzalı kənd tam orta məktəbində şagirdlərlə keçirilən görüşdə səsləndirilib….

Davamı...
Yuxarı