Cəlilabadda yanğın olub

Cəlilabad rayonunda yanğın olub

Regioninfo xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 36 m² olan talvarın altına yığılan 1,5 ton ot bağlamasının 0,5 tonu yanıb, yüksək temperaturdan talvarın taxta atmaları 36 m² sahədə qarsalanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
Yuxarı