Qubada məktəb direktoru vəzifədən azad edilib

Quba rayonunun ən böyük məktəblərindən biri olan R.Məmmədov adına Alekseyevka kənd tam orta məktəbin direktoru İsa Elixanlı 65 yaşı tamam olması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

Məlumat, Quba Rayon Təhsil Sektoru tərəfindən təsdiqlənib.

Qeyd edək ki, İsa Əlixanlı həmin məktəbdə 2015-ci ildən məktəbin direktoru vəzifəsində çalışıb. O, 26 fevral 2024-cü ilin tutduğu vəzifədən azad edilib.

Aydın Adıgözəlov, Quba.

Paylaş:
Yuxarı