Cəlilabadda Peşələr Festivalı keçirilib

Cəlilabadda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Peşələr Festivalı keçirilib.

Regioninfo-nun məlumatına görə, “Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən festivalda Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Şükürov, dövlət və özəl qurumların nümayəndələri, məktəblilər, tələbə və gənclər iştirak ediblər.

Qonaqlar gənclərin düzgün peşələrə istiqamətləndirilməsində və peşələr ilə tanış olmasında festivalın mühüm rol oynadığını qeyd ediblər. Daha sonra təqdim olunan peşələrin stendləri ilə tanışlıq olub, peşələr üzrə ekspertlərlə söhbət ediblər.

Festival çərcivəsində iştirakçılar təqdim edilən peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.

Bundan başqa, festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümlü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.

Bu günə kimi festival Quba, İsmayıllı, Zaqatala, Şəmkir, Salyan, Ordubad və Naxçıvan şəhərlərində baş tutub.

Növbəti festival 16 noyabr 2023-cü il tarixində Sabirabadda keçiriləcək.

Paylaş:
Yuxarı