Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Cəlilabad-Bayxanlı avtomobil yolunun Əliqasımlı və Bədirli kəndləri arasından keçən hissəsində qeydə alınıb. Traktorla “VAZ-2106” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində minik avtomobili yoldan çıxaraq əkin sahəsinə düşüb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Davamı...

ABŞ və İsveç arasında hərbi əməkdaşlıq sazişi üzrə danışıqlar başa çatıb

İsveç və ABŞ Birləşmiş Ştatlara İsveçdəki hərbi bazalara çıxış imkanı verən hərbi əməkdaşlıq sazişi (DCA, Defence Cooperation Agreement) üzrə danışıqları başa çatdırıblar. Bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb. “ABŞ ilə planlaşdırılan sonuncu danışıqlar sessiyası keçən həftə baş tutub. Danışıqlar çox yaxşı keçib və müzakirəyə açıq heç bir məsələ qalmayıb. Bu mənada demək olar ki,…

Davamı...

Növbəti il təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələrin həcmi məlum olub

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (ümumilikdə 93,6 milyon manat) vəsait proqnozlaşdırılıb. Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin…

Davamı...
Yuxarı