Biləsuvarda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayondan olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

Regioninfo-nun məlumatına görə, şəhidlərin ailə üzvləri ilə görüşən polis əməkdaşları onların qayğıları ilə maraqlanıb, gətirdikləri bayram sovqatlarını təqdim ediblər.

Şəhidlərimizin əziz xatirəsi yad edilib, qəhrəman oğullarımızın igidlik və şücaətlərindən danışılıb. Şəhid hərbi qulluqçuların ailə üzvləri göstərilən diqqətə görə ölkə və DİN rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Paylaş:
Yuxarı