Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 27 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Regioninfo xəbər verir ki, 1 may 2024-cü il saat 11:00-dan etibarən Ümumi təhsil müəssisələrinin birinci sinfinə uşaqların elektron qaydada qəbulu başlayır.
Şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə aparılır.
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə valideynlərə dəstək məqsədilə 5 rayonda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb. Linkə daxil olaraq qeydiyyat mərkəzlərinin ünvanları ilə tanış ola bilərsiniz.
Paylaş:
Yuxarı