Şəhid Zaur Kamil oğlu Ağəlinin anadan olmasının il dönümü ilə bağlı məzarı ziyarət olunub

Şəhid əsgər Zaur Kamil oğlu Ağəlinin anadan olmasının 27-ci il dönümü ilə bağlı məzarı ziyarət olunub.

11 dekabr 2023-cü il tarixdə Şəhid əsgər Ağəli Zaur Kamil oğlunun anadan olmasının 27 ci ildönümü qeyd edilib.
ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı Lənkəran – Astara regional filalının müdiri Uğur Qurbanzadə və SXA-nın regional filalının müdiri Ramin Hüccətov , İstisu qəsəbə icra nümayəndəsi Asif Əliyev və şəhdimizin atası Kamil Ağayevlə birlikdə şəhidin məzarını ziyarət edib, önünə tər güllər qoyub, ruhuna dualar oxuyublar.

Şəhidin keçdiyi döyüş yolu xatırlanıb.

Paylaş:
Yuxarı