Hacıqabulda sursat aşkarlanıb

Hacıqabul rayonunda sursat aşkarlanıb.

Bu barədə regioninfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər. Ərazidə olan sellofan torbadan 256 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM təlim partladıcısı aşkar olunaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Bundan əlavə, sursatların tapıldığı yerin ətrafında əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Paylaş:
Yuxarı