Cəlilabadda itkin düşən 18 yaşlı oğlan tapılıb

Cəlilabadda itkin düşən 18 yaşlı oğlan tapılıb.

Regioninfo-nun məlumatına görə, Cəlilabadın Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyevin Bakı şəhərində olduğu yer müəyyən olunub. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində N. Quliyev tapılaraq qohumlarına təhvil verilib.

Onun 27.04.2024-cü il tarixində yaşadığı evdən çıxıb geri qayıtmadığı açıqlanmışdı.

Paylaş:
Yuxarı