Cəlilabadda baş vermiş yol qəzasında yaralananların durumu açıqlanıb – YENİLƏNİB

Cəlilabad şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların durumu açıqlanıb.

“Report”un yerli bürosunun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 21:00 radələrində avtomobil qəzasında xəsarət almış üç nəfər xəstəxananın Təcili yardım şöbəsinə yerləşdirilib.

Onlardan 1981-ci il təvəllüdlü qadına başın küt travması, başın təpə nahiyəsinin cırılmış yarası, sağ tərəfli alının və üzün sıyrılmış yaraları, hər iki yuxarı ətrafın sıyrıqları, qarının küt travması, 1974-cü il təvəllüdlü kişiyə başın küt travması, alının sol almacıq nahiyəsinin, çənə nahiyəsinin əzilmiş, cırılmış yaraları, 1992-ci il təvəllüdlü kişiyə qarnın küt travması, qarnın daxili orqanlarının zədələnməsi diaqnozu təyin edilib.

1974-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.

Digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

21:20

Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı iki nəfər yaralanıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin mərkəzində qeydə alınıb.

Belə ki, “VAZ 21011” markalı minik avtomobili ilə “Chevrolet Cruze” markalı minik avtomobilinin toqquşması nəticəsində azı iki nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı