Cəlilabadda “Prado” motoskleti vurub, motosklet sürücüsü ağır xəsarət alıb

Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.

Regioninfo-nun məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Prado” markalı nəqliyyat vasitəsi qarşıda gedən motoskletə çırpılıb. Nəticədə motosklet iki hissəyə bölünüb və sürücü ağır xəsarət alaraq, Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı