Mübariz liseyi 3 fənn üzrə vakansiya elan edir

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi RİYAZİYYAT, İNGİLİS DİLİ və İBTİDAİ SİNİF MÜƏLLİMİ vəzifəsi üzrə vakansiya elan edir.

♦ Vəzifə ilə bağlı aşağıdakı tələblər qoyulur:
– Ali təhsil ;
– MS Office proqram paketindən istifadə bacarıqları;
– Səmərəli kommunikasiyanın qurulması və komanda ilə işləmək bacarığı;
– İnteraktiv təlim və müasir tədris metodlarını tətbiq etmək bacarığı;
– Sinifdə təlimin planlaşdırılması, təlim materiallarının və qiymətləndirmə vasitələrinin hazırlanması;

♦ Arzuolunandır:
– Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin işə qəbul imtahanının nəticəsi və ya diaqnostik imtahan nəticəsi;

♦ Mövcud olan vakansiya ilə maraqlanan şəxslər liseyə yaxınlaşa bilərlər.

♦ Suallarınız üçün bizə müraciət edin:
Ünvan: Biləsuvar rayonu, Heydər Əliyev küç., 2D.
Telefon: +994 77 7440777
E-mail : info@bilim.edu.az

Paylaş:
Yuxarı