“Respublika fənn olimpiadalarına hazırlıq” layihəsi yekunlaşıb

Salyan rayonunda “Respublika fənn olimpiadalarına hazırlıq” layihəsinin müsabiqə mərhələsi baş tutub. Müsabiqə nəticəsində yüksək nəticə toplamış şagirdlərə və onların müəllimlərinə dəyərli mükafatlar təqdim olunub.

Daha sonra sözügedən layihənin bağlanış mərasimi keçirilib.

Mərasim Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmaüllü məktəb-liseyində baş tutub. Bağlanış mərasimində layihə rəhbəri, layihənin komanda üzvləri, müəllimlər iştirak edib.

Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd müəllimlərin birlikdə əməkdaşlığı nəticəsində 4 fənn (fizika, kimya, biologiya və riyaziyyat) üzrə 80 nəfərin respublika fənn olimpiadalarına hazırlaşdırılması üçün mərkəzin yaradılması olub.

Digər çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin uğurla yekunlaşdığını qeyd ediblər.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən biridir.

Paylaş:
Yuxarı