Biləsuvarda “Ford” markalı yük avtomobili qəzaya uğrayaraq yanıb

Biləsuvar rayonunda (Ələt-Astara avtomobil yolunun 70-ci kilometrliyi) “Ford” markalı yük avtomobilinin idarəetməni itirməsi nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Regioninfo xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
Yuxarı