Biləsuvar və Cəlilabadda Zəfər Günü konsertlə qeyd edilib

Biləsuvar rayonunda 8 Noyabr Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Regioninfo-nun məlumatına görə, bayram tədbirində Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilərimiz və rayon sakinləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov çıxış edərək Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik etdi və onlara xoş arzularını çatdırıb.

Tədbirdə geniş konsert proqramı təqdim olunub.

Cəlilabadda da 8 Noyabr Zəfər Günü qeyd edilib.

Belə ki, Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsi və Şəhidlər Parkı Abidə Kompleksi ziyarət edilib.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 8 noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə 44 günlük Vətən Müharibəsində qazanılmış Şanlı Qələbəmizə həsr olunan video-çarx nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatıb.

Daha sonra Heydər Əliyev Seyrəngahında tədbir yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçən konsert proqramı ilə davam edib.

Paylaş:
Yuxarı