Təhsil Tələbə Krediti Fondu Şirvan şəhərində maarifləndirici tədbir keçirib

Təhsil Tələbə Krediti Fondunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində maarifləndirici tədbir keçirilib.
Regioninfo xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi Aysel Hacıyeva fondun fəaliyyəti, kreditlərin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri kimi məsələlər haqqında məlumat verib.
Tədbirin təşkilində məqsəd təhsilalanları və onların valideyinlərini fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq olub.
Tədbirin davamında şagirdlərin mövzuya dair sualları cavablandırılıb.
Paylaş:
Yuxarı