“Kodlaşdırmada ilk addımlar” layihəsinin açılışı olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Kodlaşdırmada ilk addımlar” layihəsinin açılış mərasimi keçirilib.

Mərasim Ağcabədi şəhər 5 saylı tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.

Öncə çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd təhsilalanları müxtəlif kodlaşdırma proqramları ilə bağlı təlim kursuna cəlb
etməklə onlara bu istiqamətdə bilik və bacarıqların düzgün və effektiv öyrədilməsinə nail olmaqdır.
Bildirilib ki, layihə iştirakçılarını layihəyə cəlb etmək və məqsədə uyğun əməkdaşlıq yaradılacaq, dərnəyin gündəliyi, proqramı, təqdimatı və lazımlı resurslar hazırlanacaq. Həmçinin şagirdlər üçün kodlaşdırma və proqramlaşdırma təlim kursu təşkil olunacaq və layihənin icrası haqqında mətbuatda çıxış ediləcəkdir.
Tədbirdə çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.
Paylaş:
Yuxarı