Qubada fərdi yaşayış evində yanğın baş verib – FOTO – VİDEO

Quba şəhəri M.P.Vaqif küçəsində yerləşən evdə yanğın olub.

Regioninfo-nun Şimal bürosunun məlumatına görə, hadisə şəhər sakini 1966-cı il təvəllüdlü Hüseynov Şahin İsmət oğluna məxsus fərdi yaşayış evində hadisəsi qeydə alınıb. Evin mətbəxində yanğının başladığını görən ev sahibi FHN-nin qaynar xəttinə zəng edib.

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, evin digər 3 otağı yanğından mühafizə olunub.

Yanğın zamanı 165 m² olan mətbəxin 16 m²-i, mətbəxin damı, mətbəxdə olan soyuducu, kompüter, paltaryuyan maşın, mətbəx mebeli və digər avadanlıqlar yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Aydın Adıgözəlov, Quba.

Paylaş:
Yuxarı