Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 475 nəfər şagird Respublika fənn müsabiqəsində növbəti mərhələyə keçib

Respublika fənn müsabiqəsi və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon/şəhər mərhələsinin nəticələri elan olunub.
Regioninfo xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə ümumilikdə 475 nəfər şagird Respublika fənn müsabiqəsində, 97 nəfər şagird isə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında uğurla çıxış edərək yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinal mərhələsi 5 may 2024-cü il tarixində təşkil ediləcək.
Paylaş:
Yuxarı