Abıyeva Xanımgül “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib

Aprelin 30-da Elm və Təhsil Nazirliyində “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar rayon N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin direktoru Abıyeva Xanımgül “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Şirvan-Salyan Regional Təhsil İdarəsi adından Xanımgül müəllimi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik.

Paylaş:
Yuxarı