Cəlilabad rayonunun Göytəpə şəhərində xəstəxana üçün yeni bina inşa olunacaq.
Regioninfo-nun məlumatına görə, xəstəxana binası 2 hektar sahədə inşa olunacaq.
Səhiyyə ocağı 3 mərtəbəli olmaqla 60 çarpayıdan ibarət olacaq.
Məlumata görə, tibb ocağında sakinlərə səhiyyə sahəsində ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaq.