Biləsuvar rayonunda növbəti qanvermə aksiyası keçirildi

Bu gün Biləsuvar rayon İcra Hakimiyyətinin, “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin və Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı bölməsinin birgə təşkilatçılığı ilə rayonda növbəti qanvermə aksiyası keçirilib.
Biləsuvar rayon Mərkəzi xəstəxanasında təşkil olunan aksiyada rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların, icra nümayəndələri və bələdiyyələrin eləcə də rayon ictimaiyyətinin nümayəndələri aktiv şəkildə iştirak edib.
Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.
Paylaş: