““Məktəb evimdir!” – icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin növbəti mərhələsi icra edilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Məktəb evimdir!” – icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin növbəti mərhələsi icra edilir.
Belə ki, icma üzləri – valideynlər tərəfindən təşəbbüs ideyaları həyata keçirilir.
Bildirək ki, növbəti mərhələlərdə “Məktəb evimdir!” təlim proqramının modullarını hazırlanacaq və müvafiq ekspertlər cəlb ediləcəkdir. Sonra icma üzrə seçilmiş valideynlər və onların övladlarının da iştirak edə biləcəyi “Məktəb evimdir!” təlim proqramını təşkil olunacaqdır.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd “Məktəb evimdir!” proqramı çərçivəsində icma üzvlərini – valideynləri təlimatlandırmaqla icma-məktəb münasibətlərinin inkişaf etdirilməsi üçün təşəbbüslərin həyata keçirilməsidir.
Paylaş: