Astarada polis peşəsini seçmək istəyənlərlə görüş keçirilib.
Regioninfo xəbər verir ki, Astara şəhər 1,2,3,4,5,6,7 nömrəli və Süparibağ kənd tam orta məktəblərinin şagirdlərinin iştirak etdiyi tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq, Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətlə bağlı məktəblilərə məlumat verib. Polis akademiyasının ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran şöbə rəisi orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışıb.
Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxları təqdim olunub.
Sonda şagirdlərin sualları cavablandırılıb.