Vətəndaşlar avtomat və tüfəngləri polisə təhvil verib

Noyabrın 13-də polis əməkdaşları paytaxt və rayonlarda 1 ədəd avtomat, 10 ədəd müxtəlif markalı ov tüfəngi, 2 patron darağı və 14 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Bu barədə Regioninfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə 5 ov tüfəngi də aşkar edilərək götürülüb.

Paylaş: