Biləsuvarda Zəfər günü ilə bağlı konsert keçiriləcək

Biləsuvar rayonunda Zəfər günü ilə bağlı konsert proqramı keçiriləcək.

Regioninfo xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyəti məlumat yayıb.

Məlumatda bildirilir ki, 8 noyabr 2023-cü il tarixdə, saat 16:00-da Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Parkında tarixi qələbəmiz olan “8 NOYABR- ZƏFƏR GÜNÜ”nə həsr olunmuş konsert proqramı keçiriləcək və atəşfəşanlıq olacaqdır.

Konsert proqramına və atəşfəşanlığa baxmağa hər kəs dəvətlidir!

Paylaş: