Cəlilabadda 3 ayda istehlak və əmtəə bazarının göstəriciləri məlum olub

Cəlilabadda 3 ayda istehlak və əmtəə bazarının göstəriciləri məlum olub.

Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2026-cı ilin yanvar-mart aylarında istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin həcmi 195273,3 min manat təşkil etmişdir ki, bunun da 155693,4 min manatı pərakəndə ticarət dövriyyəsinin, 3724,4 min manatı ictimai iaşə dövriyyəsinin, 35855,5 min manatı isə ödənişli xidmətlərin payına düşmüşdür.

2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2025-ci ilin yanvar- mart aylarına nisbətən 0,4 faiz artaraq 155693,4 min manat olmuşdur. Pərakəndə ticarət dövriyyəsinin ümumi həcminin 78752,8 min manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 76940,6 min manatını isə qeyri-ərzaq malları təşkil etmişdir. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı sabit qalmış, qeyri-ərzaq mallarının satışı isə 1,6 faiz artmışdır. 2026-cı ilin yanvar-mart aylarında 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin həcmində 17,2 faiz azalma, hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə 3,6 faiz artım müşahidə olunmuşdur. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində 71037,8 min manatlıq qalıq qalmışdır ki, bunun da 5255,2 min manatı hüquqi şəxslərin, 65782,6 min manatı isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövründə topdansatış ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 8,1 faiz artaraq 8983,4 min manat olmuşdur. Topdansatış ticarətdə hüquqi şəxslərin dövriyyəsi 7418,2 min manat, hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların dövriyyəsi isə 1565,2 min manat təşkil etmişdir.

Paylaş:
Yuxarı