Cəlilabadda 3 ayda İnformasiya, rabitə xidmətləri, nəqliyyat və anbar təsərrüfatında artım olub.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2026-cı ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətləri sahəsində 7 müəssisə fəaliyyət göstərmişdir. Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 1177,0 min manat və ya 2025-ci
ilin yanvar-mart ayları ilə müqayisədə 15,3 faiz çox olmuşdur.
2026-cı ilin yanvar-mart aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 3 müəssisə fəaliyyət göstərmişdir. Hesabat dövründə avtomobil nəqliyyatı ilə 277 min ton yük, 3812 min sərnişin daşınmışdır. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə yük daşınması 5,3 faiz, sərnişin
daşınması isə 6,5 faiz artmışdır. 2026-cı ilin yanvar-mart aylarında nəqliyyat sektorunda məhsul buraxılışı 3167,6 min manat olmuş və 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 53,4 faiz artmışdır. Məhsul buraxılışının ümumi həcmində hüquqi şəxslərin payı 1416,2 min manat və ya 44,7 faiz, fiziki şəxslərin payı isə 1751,4 min manat və ya 55,3 faiz təşkil etmişdir.