Mübariz İbrahimov adına Təhsil Kompleksi ali məktəblərə qəbulda 13-cü dəfə 100 faizlik nəticə göstərib

2023-2024-cü tədris ili çərçivəsində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksini bitirən 34 məzunun hamısı yüksək balla ali məktəbə qəbul olub.
Regioninfo xəbər verir ki, bu, liseyin tarixində 13-cü 100%-lik nəticədir.
Kompleksin yarandığı gündən bu günə kimi 319 məzunu olub. Bütün məzunlar yüksək bal toplayaraq ölkə daxilində və xaricdə nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.
Məzunlardan ən yüksək balı İsayeva Nuray Siyasət qızı toplayıb. O, 663 balla Bakı Dövlət Universitetinə qəbul olub. Digər məzunlardan 9 nəfəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 8 nəfəri Bakı Dövlət Universitetinə, 4 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 3 nəfəri Azərbaycan Dillər Universitetinə, 2 nəfəri Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 1 nəfəri Qarabağ Universitetinə, 1 nəfəri Xəzər Universitetinə, 1 nəfəri Azərbaycan Universitetinə, 1 nəfəri Dövlət Gömrük Akademiyasına, 1 nəfəri Bakı Ali Neft Məktəbinə, 1 nəfəri Bakı Mühəndislik Universitetinə və 1 nəfəri isə Naxçıvan Tibb Universitetinə qəbul olub.
Paylaş: