Yardımlı rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Regioninfo xəbər verir ki, avtomobil saxlanıldıqdan sonra sənədlər yoxlanılarkən sükan arxasında olan 37 yaşlı Sərxan Qafarovun günlük kirayəyə götürdüyü nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə etdiyinə dair şübhələr yaranıb.
Tibbi müayinənin nəticəsində S.Qafarovun narkotik vasitədən istifadə etməsi təsdiqini tapıb.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.