Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi yad edilib

27 sentyabr- Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi yad edilib.
Torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhid olmuş Vətən oğullarının əziz xatirəsini yad etmək üçün Şirvan-Salyan
Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, idarə əməkdaşları və təhsil işçiləri şəhidlər kompleksini ziyarət edərək əziz xatirələrinə tər çiçəklər düzmüşlər.
Sonra isə idarənin inzibati binasında şəhidlərin xatirəsini yad etmək məqsədilə dəyirmi masa təşkil olunmuşdur. Şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və igid vətən oğullarının şücaəti nəticəsində torpaqlarımızın azad olunduğunu vurğulayıb, hazırda işğaldan azad edilən ərazilərimizdə aparılan abadlıq, quruculuq işlərindən danışıb. Tədbir iştirakçıları şəhidlərin əziz xatirəsinin hər zaman əziz qalacağını, onların keçdiyi şərəf yolunun gələcək nəsillər üçün örnək olduğunu qeyd ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatmışdır.
Paylaş:
Yuxarı