Biləsuvarda parkda iki heykələ ziyan vuran şəxslər polis tərəfindən müəyyən olunub

Biləsuvar şəhərində yerləşən Mərkəzi parkda olan iki heykələ ziyan vuran şəxslər müəyyən edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan regioninfo-nun sorğusuna cavab olaraq bildirilib ki, araşdırmalarla həmin əməlin 3 nəfər azyaşlı tərəfindən törədildiyi müəyyən edilib.

Qeyd olunub ki, həmin şəxslərin izahatları alınıb, hazırda məsələ ilə bağlı təhqiqat araşdırması aparılır.

Xatırladaq ki, bir neçə gün öncə Biləsuvar şəhər Mərkəzi Parkında naməlum şəxs və ya şəxslər tərəfindən parkdakı stadionun qarşında ucalan idmanı simvolizə edən iki heykələ ziyan vurulub.

Paylaş:
Yuxarı