Biləsuvarda gənclər üçün “Mənim peşəm mənim gələcəyimdir” layihəsi keçirilib

Biləsuvar gəncləri üçün “Mənim peşəm mənim gələcəyimdir” layihəsi keçirilib.

Layihə çərçivəsində gənclərin peşə təhsilinə yönləndirilməsi üçün peşə təmayüllü siniflər və peşə məktəbləri barədə məlumat verilib. Sonda gənclərin bilik və bacarıqları eyni zamanda potensialları təyin olunaraq hansı peşə sahəsinə uyğun olmaları müəyyən edilib.

Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyi tərəfindən həyata keçirilir.

Paylaş:
Yuxarı