Şirvanda “Gənclərin maliyyə savadlığının artırılması və təşviqi” layihəsi keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır-2023” fərdi qrant müsabiqəsinin qalibi olan “Gənclərin maliyyə savadlığının artırılması və təşviqi” layihəsi çərçivəsində Şirvanda yaşayan 20 nəfər gənc üçün 2 günlük təlim təşkil edilib.

Layihə rəhbəri Nicat Sarxanov iştirakçılara layihə haqqında ətraflı məlumat verib, Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan bəhs edib. O qeyd edibdir ki, 3 aylıq icra edilən layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşir. Layihənin əsas məqsədi regionda yaşayan gənclərin maliyyə savadlığının artırılması və onları doğru büdcəni tərtib etməyə təşviq etməkdir.

Tədbirdə qonaq qismində iştirak edən Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov layihənin gənclər üçün mühüm olduğunu qeyd edibdir. Bu tip layihələr gənclərin bilik və bacarıqlarının artırılmasına fayda verdiyi diqqətə çatdırıbdır. Həmçinin Şirvan şəhərində gənclər üçün yaradılan imkanlardan bəhs edibdir.

2 günlük təlimləri idarə edən maliyyə savadlığı üzrə sertifikatlı təlimçi Rafət Şirəliyev gənclərə büdcə tərtibatı, gəlir və xərclərin planlaşdırılması, yığımın faydaları, maliyyə institutları, maliyyənin doğru idarə edilməsi, ailə büdcəsinin idarə edilməsi, xərclərin düzgün bölüşdürülməsi, maliyyə sahəsində baş verə biləcək kiber hadisələr və s. haqqında müxtəlif metodlarla təlim həyata keçiribdir.

İştirakçılar müxtəlif komanda və fərdi tapşırıqlar icra ediblər. Təlimlərin sonunda iştirak edən gənclərə sertifikat verilibdir.

Paylaş:
Yuxarı