Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Regioninfo-nun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, 2021-ci il təvəllüdlü Vahabov Cahid Cavad oğlu nəzarətdən yayınaraq qonşuluqdakı həyətə keçib, hündür pilləkanla qonşu evin ikinci mərtəbəsində yerləşən açıq balkona çıxan uşaq burada müvazinətini itirərək yerə düşüb. Xəsarət alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı