Lənkəranda qəzada xanım sürücü xəsarət alıb

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Regioninfo xəbər verir ki, bu səhər Lənkəran rayonunun Viravul kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayon sakini 1996 – cı il təvəllüdlü Gülyanaq Əkrəm qızı Hüseynli idarə etdiyi “KİA” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü hadisə yerinə gələn FHN – nin Cənub Regional Mərkəzinin xilasediciləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
G.Hüseynli təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin ehtimala görə hadisəyə səbəb yağışlı hava şəraiti və avtomobilin qarşısına it çıxması bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı