Lənkəranda zəncirvari qəza olub

Lənkəranda qəzada 3 maşın toqquşub.

Regioninfo-nun verdiyi məlumata görə hadisə Lənkəran – Boradigah – Masallı yolunda qeydəalınıb. Hərəkətdəolan “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yük avtomobili ilə toqquşub. Yük avtomobili aşaraq digər Mercedes avtomobilinə çırpılıb.
Qəza nəticəsində həmin istiqamətdə yolda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda yolun tam açılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, qəzada xəsarət alan olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı