Lənkəranda yük maşını iribuynuzlu camışları vurub

Lənkəranda yol qəzası baş verib.

Regioninfo xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. Belə ki, “QAZ-EL” markalı yük avtomobili hərəkətdə olarkən anidən qarşısına iribuynuzlu camışlar çıxıb, qəza qaçılmaz olub və yük maşını camışı vurub.
Sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı