69 saylı Biləsuvar seçki dairəsindən YAP-ın namizədi bəlli olub – FOTO

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
 
Regioninfo xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin siyahısı elan edilib və müzakirələrdən sonra təsdiq olunub.
İdarə Heyətinin iclasında 69 saylı Biləsuvar seçki dairəsindən Əliyev Elməddin Saməddin oğlunun deputatlığa namizədliyi irəli sürülüb.
Bütün namizədlərinə uğurlar arzulayırıq.
Paylaş:
Yuxarı