Dərman almağa gələn müştərinin mobil telefonunu oğurlayan şəxs saxlanılıb

Lənkəran şəhər sakininin apteklərdən birində dərman alarkən stolun üzərinə qoyduğu “Samsung” markalı telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan regioninfo-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə məhkum olunmuş Seyran Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Araşdırma aparılır.

Paylaş:
Yuxarı